Promouter (28 Mall və Gənclik Mall üzrə) | Banco.az
Kapital Bank

Promouter (28 Mall və Gənclik Mall üzrə)

Vakansiya haqqında məlumat: 

Satış kanalları şöbəsində Promouter (28 Mall və Gənclik Mall üzrə)

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

 

Ümumi məlumat

Kapital Bank namizədləri Satış kanalları şöbəsində Promouter vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

  • Bakı şəhərində yerləşən 28 Mall və Gənclik Mall ticarət mərkəzlərində Kapital Bank ASC-nin stendinə yaxınlaşan müştərilərə Bankın məhsulları haqqında məlumat vermək 
  • Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
  • Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi və s.

 

Tələblər

  • Ali təhsil
  • Əla ünsiyyətqurma və izahetmə qabiliyyəti
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
  • MS Office proqramları üzrə biliklər
  • Əla səviyyədə Azərbaycan və yaxşı səviyyədə Rus dili biliyi
  • Növbəli iş rejimində işləmə imkanı (növbələr 10:00-22:00 arasında müəyyənləşdirilir)

 

CV-lərinizi mövzu hissəsində Promouter (28 Mall və Gənclik Mall) qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.