Problemli Kreditlər üzrə Yığım işçisi | Banco.az

Problemli Kreditlər üzrə Yığım işçisi

Vakansiya haqqında məlumat: 

 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 

Problemli Kreditlər üzrə Yığım işçisi vəzifəsini elan edir.

Rol haqqında

Problemli Kreditlər üzrə Yığım işçisi şirkətin təyin olunmuş gecikmədə olan portfeli üzrə kreditlərə mərkəzləşdirilmiş qaydalara uyğun nəzarət, müştərilərlə yüksək keyfiyyətli danışıqlar aparmaq və səmərəli ünsiyyət vasitəsilə müştərinin geri ödənişini təmin edilməsinə cavabdehdir.

Vəzifə sahibi həmçinin müştərilərə dair qeydiyyata alınmış bütün məlumatları təhlil etmək və portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək üzrə cavabdeh işçidir.

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Gecikmələr üzrə təlimata əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan müştərilərə telefon zəngləri etmək və gecikmədə olan məbləğlərin geriyığımına nail olmaq
  • Portfelində olan gecikmiş kreditlərin geri ödəniş ehtimalının vaxtında və düzgün qiymətləndirilməsini həyata keçirmək
  • Gecikmədə olan müştərinin carı ödəniş qabiliyyətini analiz edib, gecikmədə olan məbləğin bərpası üçün müştəriyə alternativlər təklif etmək
  • Gecikmənin səbəblərini müəyyənləşdirmək və müştəriləri geri ödəniş tərixlərinin müəyyənləşdirilməsi üçün problemli müştərilər və əlaqəli şəxs(lər)lə danışıqlar aparmaq
  • Geri ödəniş üçün təyin olunan tərixlərin zamanlama və ardıcıllığını müəyyənləşdirmək
  • Səmərəli danışıq üsulu seçmək və mövcüd müştəri üzrə hərəkət planını müəyyənləşdirmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək
  • Gecikmədə olan müştərilərlə səmərəli ünsiyyət qurmaq və həmin ünsiyyəti qoruyub saxlamaq

Namizəddən gözləntilərimiz

Təhsil və Təcrübə:

  • Təhsil: Ali (Bakalavr) istənilən sahədə
  • İş Təcrübəsi: Bank və yaxud Qeyri Bank (Sığorta və s.) sahələrdə Problemli Kreditlər üzrə Zəng Mərkəzində və ya oxşar vəzifələr üzrə minumum 6 ay iş təcrübəsi
  • Ödənişlərini gecikdirən müştərilərlə iş təcrübəsi
  • Problemli Kreditlər üzrə iş təcrübəsi olanlara üstünlük verilir
  • Müştəri Xidmətləri, Xidmət sahələri (Telefon Mərkəzi Xidmət sahəsi) üzrə təlim kursu sertifikatı olanlara üstünlük verilir

Bacarıqlar:

  • Ünsiyyət bacarıqları (əla səviyyədə): fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
  • Analitik Düşüncə  bacarığı
  • Yenilikçi, Dəyişikliklərə uyğunlaşma bacarığı
  • Vaxtı İdarəetmə bacarığı
  • Komanda ilə işləmək bacarığı

Digər Bilik və Bacarıqlar:

  • Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq qabiliyyəti, Rus dilini bilmək üstünlükdür
  • MS Office proqramları üzrə biliklər (MS Word, MS Excel, MS Outlook), məlumat daxiletmə və  çapetmə bacarığı

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, müraciət etmək üçün ONLAYN ƏRİZƏ FORMASI düyməsinə basın,  31 May, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 19 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.  Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
FINCA Azerbaijan

Ən sərfəli krediti almaq üçün müraciət et