Problemli Kreditər üzrə Mütəxəssis (Regionlar üzrə) | Banco.az

Problemli Kreditər üzrə Mütəxəssis (Regionlar üzrə)

Vakansiya haqqında məlumat: 

 

Problemli Kreditər üzrə Mütəxəssis (Regionlar üzrə)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC bölgələrdə yerləşən filialları üçün Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Problemli kreditlərin yığılması istiqamətində kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi ilə əlaqədar təkliflərin verilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil; 
  • Kredit sahəsində ən azı 2 (iki) il və ya Problemli kreditlərin yığılması sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • Borcalanlar ilə effektiv danışıqlar və stressli hallarda işləmək bacarığı;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Etibarlı sürücülük vəsiqəsi və şəxsi nəqliyyat vasitəsi;
  • VÖEN;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Müştərilərlə davranış etikası.

İş şəraiti:

  • İş yeri: Bakı (əhatə dairəsi-Bakı, Sumqayıt), Ağdaş (əhatə dairəsi-Ağdaş, Bərdə, Göyçay, İsmayıllı, Qəbələ, Mingəçevir, Yevlax, Tərtər, Ucar), Cəlilabad (əhatə dairəsi-Cəlilabad, Biləsuvar, Masallı, Lənkəran, Astara, Lerik), Quba (əhatə dairəsi-Quba, Qusar, Xaçmaz), Gəncə (əhatə dairəsi-Gəncə, Goranboy, Tovuz, Qazax, Ağstafa, Şəmkir), Zaqatala (əhatə dairəsi-Zaqatala, Balakən, Qax, Şəki, Oğuz) regionları üzrə;
  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • Xidmət müqaviləsi üzrə rəsmiləşdirilmə;
  • Danışıq xərcləri və iş görüşmələri zamanı nəqliyyat xərcləri ilə təmin edilmə;
  • Xidmət haqqı yığımdan asılı olaraq 500-2000 azn.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor – müvafiq region) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı

Ən sərfəli krediti almaq üçün müraciət et