Plastik Kartlar üzrə Menecer/baş mütəxəssis | Banco.az
Ziraat Bank Azərbaycan

Plastik Kartlar üzrə Menecer/baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Ziraat Bank Azərbaycan ASC Əməliyyat Mərkəzi Departamentinə

Plastik Kartlar üzrə Menecer/  baş mütəxəssis vəzifələrinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Rus və İngilis dil bilikləri.

Əsas vəzifələr:

  • Plastik kartlar sahəsi üzrə yeni məhsulların hazırlanması və həyata keçirilməsi;
  • Ödəniş sistemləri və Prosessinq mərkəzi ilə klirinqin aparılması və klirinq nəticəsində ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması;
  • Bank sistemində kartla keçirilən müxabirləşmələrə nəzarət edilməsi;
  • Bankın plastik kartlarla və POS/ATM-lə aparılan əməliyyatlarına dair problemlərin araşdırılması və lazımlı hesabatların tərtib olunması;
  • Aidiyyatı olan orqanlarla yazışmaların aparılması;
  • Mövcud qanunvericilik və bank daxili sənədləşmə proseduruna uyğun olaraq sənədləşmənin aparılması;
  • Qüvvədə olan qanunvericilik aktlarında  edilən əlavə və dəyişiklikləri daim nəzarətdə saxlamaq  və işində rəhbər tutmaq;

Göstərilən tələblərə cavab verən namizədlər oktyabr ayının 20-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində PLASTİK KART qeyd etməyiniz vacibdir.

Ən sərfəli krediti almaq üçün müraciət et