Unibank
Qiymətləndirmə şöbəsinin sənədləşmə üzrə kiçik mütəxəssisi
Vakansiya haqqında məlumat:
Təsvir
- Bankın qiymətləndirmə siyasətinin (daşınar və daşınmaz əmlak) həyata keçirilməsində iştirak edir, qiymətləndirmə üzrə siyasətin icrasını təmin edir;
- Qiymətləndirmə aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə edir;
- Qiymətləndirmə ilə bağlı sifariş ərizəsini qəbul edir və onu cari hesabata daxil edir;
- Bankın kredit mütəxəssisləri tərəfindən keçiriləcək qiymətləndirməyə dair bütün sənəd toplusunun göndərilməsinə nəzarət edir;
- Qiymətləndirmə və yenidən qiymətləndirmənin keçirilməsini təmin edir və onun gedişatına nəzarət edir. Fond (AİF) ipotekasının daxili rəylərini yazır və hesabatını aparır;
- Təsdiq olunmuş sənədlərin əslini təhvil-təslim aktı üzrə müvafiq quruma təhvil verir.;
- Müvafiq sənədləri aidiyyatı üzrə arxivləşdirir;
- Bankın (filiallar üzrə) keçirilmiş hər bir qiymətləndirməsinin qeydiyyatını aparır və qiymətləndirmə şirkətindən alınmış hesabat ilə müqaisə edir;
- Struktur xidmətinin inventarının siyahısını aparır.
Tələblər
- Ali təhsil (İqtisadiyyat və digər əlaqəli sahələr üzrə);
- MS Office proqramları (MS Excel, MS Word) ilə sərbəst işləmə bacarığı;
- Rus dili – sərbəst ünsiyyət səviyyəsində;
- Analitik düşünmə bacarığı;
- Obyektivlik, çalışqanlıq, təşəbbüskarlıq və operativlik.
Müraciət üçün daxil olun
