Partnyorluq satışları şöbəsinin mütəxəssisi | Banco.az

Partnyorluq satışları şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 400-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Partnyorluq satışları şöbəsinin mütəxəssisi

Əsas vəzifə öhdəlikləri

• Ciddi hesabat blanklarının təhvil-təslimi
• Yeni partnyorların cəlb olunması
• Sığorta haqlarının toplanması və təhvili
• Hesabatların hazırlanması

Seçim meyarları

• Yaş: 20-27
• Cinsi: Kişi
• Təhsil: Ali
• İş təcrübəsi: vacib deyil
• Dil bilikləri: Azərbaycan (əla) , rus (əla)
• Kompyuter bilikləri: Excel, word
• Ünsiyyət qurmaq, inandırmaq bacarığı

İş şərtləri

• İş vaxtı: 9:00 - 18:00
• İş günü:5/2
• Əmək haqqı: 300-500 AZN + motivasiya
• Şirkət tərəfindən nahar verilir
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər 
(məktubun mövzu bölməsində Partnyor Satışları sözünü qeyd etmək mütləqdir)

Şirkət: 
Ateshgah Sigorta