Partnyorlarla İş şöbəsinin Şöbə rəisi | Banco.az
Kapital Bank

Partnyorlarla İş şöbəsinin Şöbə rəisi

Vakansiya haqqında məlumat: 

 

Partnyorlarla İş şöbəsinin Şöbə rəisi

Kapital Bank namizədləri Partnyor Şəbəkəsinin İdarə edilməsi Departamentinin Partnyorlarla İş şöbəsinin Şöbə rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətlərin bazar araşdırması;
  • Mövcud layihələr üzrə partnyorluğa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı işlərin aparılması;
  • Partnyorlar tərəfindən kampaniya müraciətlərinin qəbulu, icrası ilə bağlı müvafiq Departamentlərlə işlərin qurulması;
  • Bankın POS terminal şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması;
  • Mövcud partnyorlarla işin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Hədəf müştəri kütlələrinə xitab etmək üçün spesifik bank məhsullarının yaradılmasında iştirak edilməsi;
  • Taksit layihələrinin inkişafı istiqamətində partnyor şəbəkəsi ilə işin qurulması;
  • Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə ən azı 5 illik iş təcrübəsi
  • Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
  • Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri;
  • Yüksək analitik qabiliyyət;
  • Təşkilatçılıq və rəhbərlik qabiliyyəti;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et