Orta Biznesin müştərilərinin kreditləşməsi üzrə aparıcı mütəxəssis | Banco.az
VTB Bank Azərbaycan

Orta Biznesin müştərilərinin kreditləşməsi üzrə aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Bank VTB ASC (Azərbaycan)

Orta Biznesin müştərilərinin kreditləşməsi üzrə aparıcı mütəxəssis

Тələblər:

- Maliyyə /iqtisadiyyat sahəsində ali təhsil;
- Hüquqi şəxslərin kreditləşməsi üzrə ən azı 1 illik iş təcrübəsi
- Maliyyə təhlilinə, müəssisələrin mühasibat və idarəetməhesabatlığı, bank qanunvericiliyinə dair biliklər; -Müştəri bazarı və rəqabət mühitinə yaxşı bəld olmaq
- əsas bank prosedurları üzrə biliklər (risklər, girovlar)
- Rus dilini bilmək

Vəzifələr:

- müştərilərin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
- kredit sazişlərinin strukturlaşdırılması;
- kredit sifarişlərinin kredit komitəsində təsdiqi;
- orta biznesin müştərilərinə kreditlərin verilməsinin təşkili;
- mövcud müştərilərin maliyyə-təsərrüfat fəaliyyətinin monitorinqi;
- kredit prosesləri çərçivəsində bankın strukturları ilə qarşılıqlı əlaqə

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

Ən sərfəli krediti almaq üçün müraciət et