Operativ Nəzarət şöbəsinin mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi | Banco.az
Kapital Bank

Operativ Nəzarət şöbəsinin mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Nəzarət Departamentinin Operativ Nəzarət şöbəsinin mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bank daxili proseslərin analizi və risklərin aşkarlanması; 
  • Tematik yoxlamalarda tələb olunan tapşırıqların icrası (prosedur və proseslərin qanunvericilik və requlyator tələblərinə uyğunluğu);
  • Nöqsanlara dair reyestrin formalaşdırılması və təqibi;
  • Proseslər üzrə nöqsanların erkən aşkarlanması üçün red flagların (erkən xəbərdarlıq) sistemin qurulması; 
  • Texniki tapşırıqların icrası (hesabatların avtomatlaşdırılması);
  • Yeni yaradılan məhsul və xidmətlərin əməliyyatların qanunveicilik, requlator tələblərinə və Bankın müvafiq qaydalarına uyğun qurulmasına rəylərin formalaşdırılmasına dəstək olmaq;
  • Birinci müdafiə xətti strukturların cavabdeh olduqları məhsul və xidmətlərə dair effektiv Checklistlərin qurulmasına dəstək olmaq və icrasına nəzarət etmək;
  • Yoxlamalar zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Erkən xəbərdarlıq siqnalları olduqda riskin azaldılması məqsədilə tədbirlərin görülməsi və planların hazırlanması;
  • Birbaşa rəhbəri tərəfindən tapşırılmış işlərin icrası.

Tələblər                     

  • İqtisadiyyat, maliyyə, biznes idarəçiliyi üzrə ali təhsil
  • Yüksək yazılı nitq bacarığı, analitik qabiliyyət və riyazi düşüncə;
  • Təşəbbüskarlıq,İnnovativ, məsuliyyətlilik və dəqiqlik kimi keyfiyyətlərə sahiblik; 
  • Əla səviyyədə Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi arzuolunandır;
  • Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı
  • Daxili audit, monitorinq ,risk, daxili nəzarət sahələrində çalışmış namizədlərə üstünlük verilir; 
  • Microsoft proqramların yüksək səviyyədə istifadəsi (EXCEL), SQL, Tableau, Python

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət eldə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et