Ödəniş, Köçürmələr, Depozit və Cari Hesab xidmətləri üzrə Menecer
“PAŞA Bank” ASC Korporativ İnstitusional Bankçılıq Departamentinin, Nəğd Vəsaitlərin İdarə edilməsi Şöbəsində Ödəniş, Köçürmələr, Depozit və Cari Hesab xidmətləri üzrə menecer vakansıyasına işəqəbul elan edir.
İŞİN TƏSVİRİ
• Ödəniş və Köçürmələr, Cari hesab və Depozit məhsulları üzrə Satış imkanları və gəlirlərinin artırılmasında məsuliyyətin daşınması və təyin edilmiş satış hədəflərinə çatmağa nail olunması, bu məhsullar üzrə müştəri menecerləri və Biznes mərkəzlərinə satışla əlaqəli dəstəyin göstərilməsi
• Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, Ödəniş sistemləri ilə əlaqəli xərclərin optimallaşdırılması və mümkün qədər azaldılmasının təmin edilməsi, məhsul dövriyyəsinin gözlənilən həcmdə olmasının təmin edilməsi
• Ödəniş və Köçürmələr, Cari hesab və Depozit məhsulları ilə əlaqəli problemlərin mütəmadi və proaktiv formada həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi
• Ödəniş və Köçürmələr, Cari hesab və Depozit məhsulları ilə əlaqəli yeni məhsul tiplərinin və mövcud məhsulların inkişaf etdirilməsi
• Məhsulun inkişafı tələb olunan təqdirdə aidiyyəti bölmələr ilə tələb olunan texniki sənədlərin hazırlanması və testlərin həyata keçirilməsində iştirak etməsi və nəzərdən keçirməsi
• Məhsulların Mərkəzi Bankın qaydalarına və Beynəlxalq ödəniş sistemlərinin qaydalarına uyğun olmasının təmin edilməsi eləcə də, Qlobal və Regional bazarda yeni Ödənişlər və Köçürmə məhsulları haqqında məlumat və araşdırmaların təqdim edilməsi və qərar qəbul edilməsində təşəbbüskar olması
• Ödəniş və Köçürmələr, Cari hesab və Depozit məhsulları üzrə müştərilərlə fəaliyyətdə olması, yeni müştərilərin axtarış prosesində iştirak etməsi
• Müştərilərin Ödəniş və Köçürmələr, Cari hesab və Depozit məhsulları ilə əlaqəli əməkdaşlıq edilməsi və əqdlərinin hazırlanması, struktura salınması və həyaya keçirilməsində aparıcı rol oynaması
TƏCRÜBƏ
• Biznes və Korporativ müştərilərlə əlaqəli Nəğd vəsaitlərin idarə edilməsi üzrə menecer, Biznes və Korporativ müştərilərlə əlaqəli işlərin idarə edilməsi, Filail müdiri, Filial müdiri müavini kimi sahələrdə 2 illik iş təcrübəsi
TƏLƏB OLUNAN XÜSUSİYYƏTLƏR
• Ali təhsil;
• Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli;
• Ofis Proqramlarından əla istifadə etmək bacarığı;
• Bank, Prossesing mərkəzi, Ödəniş sistemləri barəsində məlumatlı olması.
Namizədlərin müraciətləri 15 avqust 2016-cı il tarixinə [email protected] ünvanlarına göndərilməlidir. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Ödəniş, Köçürmələr, Depozit və Cari Hesab xidmətləri üzrə Menecer) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır..