Nəzarət/problemli kreditlər üzrə mütəxəssis | Banco.az

Nəzarət/problemli kreditlər üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.
 
 
İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.
Hazırda TBC Kredit  BOKT  Ödənişlərə nəzarət/problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir. 

Öhdəliklər:

• İcraatında olan  kredit portfellərinə nəzarəti;
• Vaxtı ötmüş borclarla işin başlanğıc mərhələsində, onun gedişində kredit təşkilatın borclu ilə məsafədən ünsiyyətin qurulması;
• Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması;
• Borc haqqında poçt bildirişi SMS- və ya electron poçtla məktubların göndərilməsi;
• Problemli kreditlərin normallaşdırılması üçün tədbirlərin həyata keçirilməsi.


Tələblər:

• Bank sektorunda ən azı 1 il təcrübəyə malik
• Azərbaycan dilində səlist danışıq qabiliyyəti
• Rus və ya İnqilis dilində yaxşı danışıq qabiliyyəti
• Yüksək dərəcədə ünsiyyət və münasibət  qurma bacarıqları
• Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
• Müştərini dinləmə bacarıqları və ona şifahi şəkildə istiqamət vermə bilikləri
• Gərgin situasiyalarda  emosiyaların idarə etmə bacarıqları
• Seçim zamanı qadın cinsinin nümayəndələrinə üstünlük veriləcəkdir

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri  21 oktyabr 2016-cı il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər. 
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Ödənişlərə nəzarət/problemli kreditlər üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Şirkət: 
TBC Kredit

Ən sərfəli krediti almaq üçün müraciət et