Yelo Bank
Nəzarətçi
Vakansiya haqqında məlumat:
Təsvir
- Bank təhlükəsizliyinin təşkili məsələləri üzrə normativ və təlimat sənədlərini, nəzarətçinin fəaliyyətləri ilə bağlı digər təşkilati tənzimləyici sənədləri bilmək;
- Obyektin mühafizəsi üzrə hazırkı vəzifə təlimatının və nəzarətçinin xidməti fəaliyyətini tənzimləyən digər sənədlərin tələblərini şərtsiz yerinə yetirmək;
- Bank təhlükəsizliyinin təmin edilməsi xüsusiyyətlərini, bankda tətbiq olunan texniki mühafizə vasitələrinin və yanğından müdafiə vasitələrinin xüsusiyyətlərini bilmək, onlardan istifadə etməyi bacarmaq;
- Bankın işçilərinin, müştərilərinin və ziyarətçilərinin, həmçinin əmlakının təhlükəsizliyinə nəzarəti təmin etmək;
- Bankda müəyyən edilən buraxılış rejimini həyata keçirmək və obyektdaxili rejimə riayət olunmasına nəzarət etmək;
- Postda olan xidməti sənədləri səliqəli və düzgün aparmaq;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinin qaydalarını və normalarını şərtsiz yerinə yetirmək;
- Departament nəzarətçiləri üçün nəzərdə tutulmuş tələblərə cavab verən peşəkar hazırlığın lazımi səviyyədə saxlanması;
- Postda təmizliyə və nizam-intizama riayət etmək. Bankda nəzarətçilər üçün müəyyən olunmuş geyim qaydalarına riayət etmək;
- Bankın işçilərinə, müştərilərinə və ziyarətçilərinə mehriban və səmimi münasibət göstərmək.
Tələblər
- Minimum 2 il iş təcrübəsi (mühafizə bölmələrində iş təcrübəsi olanlara və hərbi xidməti başa vuranlara üstünlük verilir), sağlamlıq üzrə məhdudiyyətin olmaması;
- Azərbaycan dili və rus dili səlis;
- Orta, orta ixtisas və ya ali təhsil;
- Mühafizəçilər üçün kursların bitirməsi haqqında sertifikat arzuolunandır;
- Yazılı və şifahi ünsiyyətin lazımi səviyyədə olması;
- Müşahidə etmək, təhlil etmək, tez qərar qəbul etmək qabiliyyətləri;
- İnsan davranışını təhlil etməyi, aqressiv davranışları qabaqcadan görmək bacarığı;
- Hadisələr haqqında tam hesabat vermək bacarığı;
- Fövqəladə hallar zamanı ilkin yardım göstərmək bacarığı.
Müraciət üçün daxil olun