Rabitəbank
Naxçıvan şöbəsi üzrə təcrübə proqramı
Vakansiya haqqında məlumat:
“Rabitəbank” ASC, Naxçıvan şöbəsi üzrə təcrübə proqramına start verir!
Ölkənin ən iri banklarından olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.
Rabitəbank, daima öyrənməyə meyilli, pozitiv, işində yaradıcı və Bank sahəsində təcrübəsi olmayan gənclərin axtarışındadır.
Uğurlu karyera qurmağınız üçün Sizi aramızda Rabitə qurmağa dəvət edirik!
Bu proqram Sizə nələr qazandıracaq?
- Əməliyyat sahəsinə aid olan ARMB-nın və bankdaxili prosedur, qaydalarla tanışlıq;
- Müştəri xidməti sahəsi ilə tanışlıq və işin öyrədilməsi;
- Bank məhsulları və xidmət satışının həyata keçirilməsinin öyrədilməsi;
- Bankın peşəkar əməkdaşları tərəfindən keçirilən təlimlərdə iştirak.
Proqramda iştiraka dair tələblər:
- Ali təhsil (İqtisadi yönümlü olması arzuolunandır);
- Azərbaycan dili səlis Rus dilli ərində sərbəst danışıq bacarığı;
- MS office proqramları üzrə bacarıqlar;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
- İşgüzar xarici görünüş və tez öyrənmə qabiliyyəti;
Proqramda iştirak etmək istəyən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına “Naxçıvan şöbəsi üzrə təcrübə proqramı” başlığı ilə göndərə bilərlər.
Bizi sosial şəbəkələrdən izləyin!!