Naxçıvan filialı satış məsləhətçisi vəzifəsi üzrə təcrübə proqramı | Banco.az
Azər Türk Bank

Naxçıvan filialı satış məsləhətçisi vəzifəsi üzrə təcrübə proqramı

Vakansiya haqqında məlumat: 

 

Naxçıvan filialı satış məsləhətçisi vəzifəsi üzrə təcrübə proqramı

Təsvir

  • Bankın təqdim etdiyi bütün növlərə aid edilən bank məhsulu və göstərilən xidmət növləri barədə məlumatlı olması və bu barədə müştərilərə məlumatların verilməsi;
  • Fiziki şəxslərə qüvvədə olan qanunvericilik, Mərkəzi Bankın və Bankın müvafiq normativ hüquqi aktları çərçivəsində yüksək səviyyəli bank xidmətlərinin göstərilməsi: hesablar üzrə nağd və nağdsız əməliyyatların aparılması, ödəniş kartlarının satışı, sənədli əməliyyatlarının aparılması zamanı müştərilərdən sənədlərin qəbul edilməsi, yoxlanılması və müvafiq şöbələrə ötürülməsi, fiziki şəxslərə təklif olunan bütün növ kreditlərin rəsmiləşdirilməsi;
  • Qüvvədə olan qanunvericiliyə uyğun, müvafiq prosedurlar əsasında fiziki şəxslərə bank hesabları açmaq;
  • Qüvvədə olan qanunvericiliyə uyğun, müvafiq prosedurlar əsasında fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar aparmaq;
  • Depozitlərin növü, şərtləri, tətbiq edilən faiz dərəcələri haqqında müştərilərə məlumat vermək, müvafiq prosedurlara uyğun olaraq depozitləri qəbul etmək.

Tələblər

  • Ali təhsil
  • Azərbaycan dilini mükəmməl bilməsi (xarici dil biliyi arzuolunandır)
  • Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office)
  • Peşəkar, məsuliyyətli, diqqətli olmaq
  • Yüksək etik davranışa sahib olmaq, gülərüz və pozitiv olmaq

Müraciət et!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et