Kapital Bank
Müştərilərə xidmət şöbəsinin mütəxəssisi (Ağsu, Beyləqan, Füzuli, Xaçmaz, Yevlax, Goranboy, Lənkəran, filialları)
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri aşağıdakı regional filiallara Müştərilərə xidmət şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Ağsu, Beyləqan, Füzuli, Xaçmaz, Yevlax, Goranboy, Lənkəran
Öhdəliklər
- Müştərilərə xidmət
- Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı
- Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu
- Ödəniş kartları üzrə əməliyyatların aparılması
Tələblər
- Ali təhsil
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır
- Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- Gərgin iş qrafikində işləmək bacarığı
- Əla ünsiyyət bacarıqları
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti