Müştəri Xidmətləri üzrə Mütəxəssis | Banco.az
ABB

Müştəri Xidmətləri üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Azərbaycan Beynəlxalq Bankı Gədəbəy şöbəsinə Müştəri Xidmətləri üzrə Mütəxəssis (Hüquqi və fiziki şəxslər üzrə əməliyyatçı) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;
  • Hüquqi və fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar həyata keçirmək;
  • Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq, icrasını təşkil etmək;
  • Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
  • Müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək, iş gününün sonunda zəruri müxabirləşmələr aparmaq;
  • Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;
  • Bank fəaliyyəti ilə bağlı qüvvədə olan hüquqi normalara riayət etmək, Bankın korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirmək;
  • Müştəri məmnuniyyətinin əldə olunmasına çalışmaq, daha yaxşı xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq.

Tələb olunan səriştələr:

  • Müştərilərlə nəzakətli ünsiyyət;
  • Müştərilərə vaxtında, düzgün və keyfiyyətli xidmətin göstərilməsi;
  • Müştəri ehtiyacının dəqiq analizi və çarpaz satışların həyata keçirilməsi.

Bizim üçün ideal namizəd:

  • Ali iqtisadi təhsilli;
  • Ofis proqramlarında sərbəst iş bacarığı olan;
  • Ünsiyyət qurma bacarığı, işə məsuliyyətli yanaşan şəxsdir;

Qeyd: Gədəbəy  və ya qonşu rayonlarda yaşayan namizədlərə üstünlük verilir

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın əməliyyat sahəsini dərindən öyrənmə imkanları;
  • Satış sahəsində təcrübəli şəxslərdən texniki biliklərin qazanılması;
  • Bank kredit və qeyri kredit məhsulları haqqında öyrənmə imkanları.

Axtardığımız ideal namizəd sizsinizsə öz CV-nizi 24 may 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyatçı/Gədəbəy” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et