Müştəri xidmətləri təmsilçisi (reception) | Banco.az
Rabitəbank

Müştəri xidmətləri təmsilçisi (reception)

Vakansiya haqqında məlumat: 

 

“Rabitabank” ASC Bakı, Ağcəbədi və Şamaxı filialları üzrə Müştəri xidmətləri təmsilçisi (reception) üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

· Müştəri xidməti strukturlarına müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;

· Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;

· Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;

· Ödəniş terminallarından istifadə qaydaları haqqında məlumatların verilməsi.

Namizədə olan tələblər:

· Ali və yaxud orta-ixtisas təhsili;

· Yüksək kommunikasiya və müştəri yönümlülük;

· Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı;

· MS Office proqramları üzrə biliklər;

· Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;

· Məsuliyyətli olması, düzgünlük, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində yazmağınız xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et