Rabitəbank
                        
                        
                    
                    
                    
                    " Müştəri Xidməti Strukturlarının Auditi " şöbəsinin rəisi
Vakansiya haqqında məlumat: 
Daxili Audit Departamentinin, " Müştəri Xidməti Strukturlarının Auditi " şöbəsinin rəisi
Namizədə olan tələblər:
- Ali iqtisadi təhsil (Magistr dərəcəsi arzuolunandır);
 - Bankda ən azı 5 il iş təcrübəsi (audit, risk və daxili nəzarət sahəsində ən azı 2 il olmaqla);
 - MBNP və Mərkəzi Bankın normativ xarakterli təlimatlarını bilmək;
 - Daxili Audit, Korporativ idarəetmə və Riskləri idarəetmə standartlarını bilmək;
 - Banklar haqqında qanunu, habelə bank fəaliyyəti ilə əlaqəli olan qanunvericiliyinin müddəalarını bilmək;
 - Yerli və beynəlxalq mühasibatlıq standartları, maliyyə hesabatları bilmək;
 - Office proqramlarında, xüsusən Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
 - Rəhbərlik və idarəetmə bacarığı;
 - Strateji düşünmə və davranma qabiliyyəti;
 - Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti
 - Komandada işləmək bacarığı;
 - Yüksək kommunikasiya qabiliyyəti;
 - Mühasibatlıq, maliyyə və bank sahəsinə aid olan digər sertifikatlarının, habelə xarici dil biliklərinin olmasına üstünlük verilir
 
Əsas vəzifələri:
- Müştəri xidməti strukturlarının auditini aparılmasını təmin etmək;
 - Auditlər zamanı aşkar edilmiş problemləri araşdırmaq, bununla əlaqədar olaraq rəy və təklifləri bildirmək;
 - Bank fəaliyyətinin tənzimlənməsi üzrə normativ aktlarının, bankdaxili prosedurların, qaydaların və təlimatların bankın işçiləri tərəfindən riayət olunmasının auditini aparmaq;
 - Bankın strateji planının və əməliyyat planlarının həyata keçirilməsinin auditini aparmaq;
 - Məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq Bankın müştəri xidməti, habelə digər strukturları üzrə əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının auditini aparmaq;
 - Bütün növ bank əməliyyatlarının və bank biznesində mövcud olan bütün risklərin auditini aparmaq və s.
 
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
