Vakansiya haqqında məlumat:
“PAŞA Sığorta” ASC namizədləri Sığorta iddiaları deparmentində Müştəri münasibətləri üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
- Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;
- Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;
- Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrinin qəbul edilməsi, tərəflər arasında imzalanmış müqavilə əsasında sığorta ödənişi üzrə bütün mübahisəli məqamları araşdırılaraq tənzimlənməsi;
- Müvafiq dövlət orqanlarına və təşkilatlara baş vermiş hadisə üzrə materialların toplanılması üçün sorğuların göndərilməsi və həmin sənədlərin toplanılması prosesinin həyata keçirilməsi;
- Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinə birbaşa nəzarət edilməsi;
- Dövlət və qeyri-dövlət qurumları ilə və həmçinin təkrarsığortaçılar ilə danışıqların aparılması;
- Sığorta hadisəsinin tənzimlənməsi prosesinin gedişində üçüncü (müstəqil) tərəfin cəlb olunmasının təşkili və yekun rəyin əldə edilməsi;
- Sığorta ödənişlərinə nəzarət edilməsi; əsassız xərclərin qarşısının alınması;
- Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması
- Sistemin təkmilləşdirilməsi üçün irəli sürülən təkliflərə əsasən müvafiq sənədlərin hazırlanması və tətbiqinə nəzarət;
- Departamentin ümumi işində nöqsanların aradan qaldırılmasında təşəbbüs;
Namizədə tələblər:
- Ali təhsil: Hüquq, iqtisadiyyat və sığorta sahəsində təhsilə üstünlük verilir;
- Müvafiq vəzifədə 2 il təcrübə (sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir);
- Azərbaycan və Rus dillərini sərbəst bilmək (İngilis dili biliyi üstünlükdür);
- Microsoft Office bilikləri.
Biliklər:
- Müştərilərlə iş üsulları.
- Yol Hərəkəti Qaydaları;
- Sığorta haqqında qanun.
Bacarıqlar:
- Ünsiyyətçilik;
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
- Təqdimat etmə bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Təşəbbüskarlıq;
- Stressə davamlılıq.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV nizi [email protected] ünvanına göndərin.
Şirkət:
PAŞA Sığorta