Mühasibatlıq və Vergi üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

Mühasibatlıq və Vergi üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Mühasibatlıq və Vergi üzrə Mütəxəssis

PAŞA Bank namizədləri Mühasibatlıq və Vergi üzrə Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

  • Milli Mühasibat Uçotu Standartları və MHBS-ə uyğun olaraq daxili və xarici maliyyə və vergi hesabatlarının işlənib hazırlanması və razılaşdırılmış vaxt çərçivəsində təqdim olunması;
  • Bankın vergi siyasətinin tətbiq edilməsi;
  • Müvafiq hesabatların (mühasibatlıq və vergi) dəqiq və vaxtında təqdim olunması;
  • Şöbənin gündəlik proseslərinin daxili qaydalara və qanunvericiliyə əsasən icra müddətinə uyğun aparılması, günün, ayin bağlanması proseslərinin, mühasibatlıq və vergi əməliyyatlarının icrası;
  • Bankın gündəlik fəaliyyətində mühasibatlıq uçotunun aparılması;
  • Maliyyə uçotu siyasətinin MUBS və MUMS əsasında tətbiq edilməsi;
  • Bankın gündəlik inzibati əməliyyatlarının və kapital xarakterli xərclərinin düzgün uçotu;
  • Bankın əsas vəsaitlərin uçotunun aparılması və inventarizasiya işinə nəzarət;
  • Xarici auditorlara, vergi orqanlarına və yoxlama qurumlarına uçot sənədlərinin təqdim edilməsi;
  • Bankın məhsulları üzrə mühasibat modellərinə uyğun bankın struktur bölmələrinə məktubların yazılması;
  • Şöbənin gündəlik əməliyyatlarına və işinə aid bütün avtomatlaşdırmalarda iştirak və biznes tələblərinin yazılması;
  • Bankın bütün növ əməliyyat xərclərinin ödənilməmiş öhdəliklərinin, müqavilələr üzrə borcların hesablanması və hesab-fakturaların ödənilməsi;
  • Bankın bütün növ əməliyyat gəlirlərinin və alınacaq məbləğlər üzrə hesab-fakturaların yazılması, qaimələrin tərtibi.

Sizdən nə tələb olunur?

  • Təhsil: maliyyə və iqtisadiyyat üzrə ali təhsil
  • Təcrübə: müvafiq sahədə 2-3 il iş təcrübəsi
  • Xarici dil: ingilis dili, rus
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul biliyi: bank məhsulları və əməliyyatları üzrə biliklər
  • Bazar biliyi: maliyyə bazarları üzrə biliklər
  • Digər: İFRS biliyi
  • Üstünlük verilir: ACCA /Dip İFRS/ CIMA sertifikatların mövcudluğu əlavə üstünlükdür

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, 14.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et