"Mühasibatlıq" departamentində kiçik mühasib/ mühasib | Banco.az
Rabitəbank

"Mühasibatlıq" departamentində kiçik mühasib/ mühasib

Vakansiya haqqında məlumat: 

"Mühasibatlıq" departamentində kiçik mühasib/ mühasib  vakansiyası elan edilir.

Namizədə olan tələblər:

  • Ali təhsili (Maliyyə və iqtisad təhsili olanlara üstünlük verilir)
  • Müvafiq sahədə ən azı 1il iş təcrübəsi (bank sahisində iş təcrübəsi olanlara üstünlük verilir);
  • Bank işi, mühasibat uçotu əsasları və qanunvericilik (Vergi Məcəlləsi və s.) normaları haqqında biliklərinə malik olmaq;
  • MS office, xüsusilə Excel proqramlarında, yüksək səviyyədə işləmək bacarığı; 
  • Riyazi bilikləri və analitik düşüncəyə malik olmaq;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
  • Yüksək kommunikasiya qurmaq bacarığı; 
  • Diqqətlik, operativlik və məsuliyyətlik kimi göstəricilərə malik olmaq

Vəzifə üzrə əsas fəaliyyət:

  • Azərbaycan Respublikasının qanunvericiliyin tələblərini nəzərə alaraq, işçilərin əmək haqqı, bonus, məzuniyyət, xəstəlik vərəqələri üzrə ödənişlərin  həyata keçirilməsi;
  • DSMF-na və digər dövlət qurumlarına  müvafiq hesabatların hazırlanması:

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır..

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et