Mühasib Köməkçisi (Bakı) | Banco.az

Mühasib Köməkçisi (Bakı)

Vakansiya haqqında məlumat: 

 

Mühasib Köməkçisi (Bakı)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən Baş ofisi üçün Mühasib Köməkçisi vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarının hazırlanması;
  • Maliyyə və kassa intizamına, inzibati, təsərrüfat və digər xərclərin smetalara uyğun və tələb olunan ilkin sənədlərlə xərclənməsinə ciddi riayət edilməsinə, əskiklərin, debitor borcların və digər itkilərin mühasibat uçotu hesabatlarından silinməsinin qanuniliyinə nəzarət etmək;
  • Təşkilatın ilkin və mühasibat sənədlərinin, hesablaşmaların rəsmiləşdirilməsini, əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq;
  • Təşkilatın filiallarında ilkin və mühasibat sənədlərinin, hesablaşmaların rəsmiləşdirilməsinə nəzarət etmək;
  • Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil (Maliyyə üzrə arzuolunandır); 
  • Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
  • Əmək haqqı 500 manat gross.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Mühasib Köməkçisi) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
KredAqro

Ən sərfəli krediti almaq üçün müraciət et