Mühasib | Banco.az

Mühasib

Vakansiya haqqında məlumat: 

 

Mühasib

Vəzifə öhdəlikləri

  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edilməsi;
  • Vergi, Maliyyə Nazirliyi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanması;
  • Aylıq hesabatlarının tərtib edilməsi;
  • Bank əməliyyatlarının həyata keçirilməsi;
  • E-Qaimə fakturalarının tərtib olunması və göndərilməsi;
  • Kard işlərinin aparılması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində vəzifə adını Mühasib üzrə namizəd şəklində göstərin. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün:  http://arpa.org.az/az/one-page/

Şirkət: 
ARPA Ictimai Birliyi

Ən sərfəli krediti almaq üçün müraciət et