Mühasib | Banco.az
NBC Bank

Mühasib

Vakansiya haqqında məlumat: 

“NBCBank” ASC

Mühasib

Əmək haqqı 800-1000 AZN

Email: [email protected]

Vəzifələr: 

- Filialda həyata keçirilən əməliyyatların maliyyə hesabatlarında düzgün əks etdirilməsinə nəzarət etmək, gündəlik balansı və dövriyyə məlumatlarını yoxlamaq. 
- Gündəlik olaraq, filialın kassa əməliyyatlarının yekununu yoxlamaq.
- Filialda pulun nağd və ya nağdsız məxarici üçün əsas olan sənədləri imzalamaq. 
- Filialda pulun, qiymətlilərin və sənədlərin düzgün saxlanılmasına nəzarət etmək - Filialda müəyyən edilmiş dövrdən bir aktivlərin və öhdəliklərin inventarizasiyasını aparmaq 
- Debitor və kreditorların uçotunu sənədlərlə yoxlamaq. 
- Əməliyyat gününün bağlanılmasında iştirak edərək, filialın əməliyyatlarını tam yoxladıqdan sonra, filialın əməliyyat gününü yekunlaşdırmaq.

Namizədlər üçün tələblər: 

- Ali iqtisadi təhsil 
- Mühasib vəzifəsində ən azı 1 illik iş təcrübəsinin olması 
- MHBS və Bank qanunvericiliyini bilmək 
- Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma. 
- İnsanlarla ünsiyyət qurma bacarığı. 
- Analitik qabiliyyət 
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı. 
- MS Office proqramlarında işləmə bacarığı

Məvacib: 
1 000