Mühafizə və rejim şöbəsinə mühafizəçi | Banco.az
Beynəlxalq Bank

Mühafizə və rejim şöbəsinə mühafizəçi

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC  Təhlükəsizlik departamentinin Mühafizə və rejim şöbəsinə mühafizəçi vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

Vəzifə öhdəlikləri:

  • Mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkili;
  • Bankdaxili təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət;
  • Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, aidiyyəti üzrə bölüşdürülməsi;
  • Yanğın mühafizə sistemlərinə nəzarət;
  • Nəzarət buraxılış sistemləri ilə işin aparılması;
  • Bankın inzibati binasının mühafizəsinin təşkili

 

Vakant vəzifə üzrə tələblər:

  • Minimum orta ixtisas təhsil;
  • Mühafizə sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan və Rus dili yüksək səviyyədə, İngilis dili (üstünlükdür);

Hər hansı bir döyüş idman sənətinin sahibinə üstünlük veriləcəkdir

 

Davranış səriştələri:

  • Ünsiyyət bacarığı;
  • Detallara diqqət;
  • Məsuliyyətli və intizamlı;
  • Komanda işi

 

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Adekvat əmək haqqı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 İyul 2019-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühafizəçi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç