Müdir (Masallı filialı) | Banco.az

Müdir (Masallı filialı)

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC Masallı filialına müdir vəzifəsinə işə qəbul elan edir.

İşin təsviri:

• Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin, Bankın siyasətinin, bankdaxili qayda, təlimat və prosedurların tələbləri əsas götürülməklə, filialın fəaliyyətinə rəhbərliyin edilməsi;
• Yeni müştərilərin filiala cəlb olunmasını, yüksək keyfiyyətli xidmət göstərilməsinin təşkil edilməsi;
• Filialın təsdiq edilmiş satış planının icrasını, filialın dinamik inkişafını və  rentabelli işləməsinin təmin edilməsi;
• Filialda olan risklərin idarə edilməsi;
• Filialda Bankın ümumi daxili iş rejiminə riayət olunmasının təmin edilməsi;
• Müştərilərə bank biznes standartları daxilində yüksək keyfiyyətlə xidmət göstərilməsinin təmin edilməsi;
• Filialda nağd və nağdsız əməliyyatların qanunvericiliyin və  bankdaxili normativ   sənədlərin tələblərinə uyğun   aparılması;
• Bankın Kredit siyasətinin filialda həyata keçirilməsinin təmin edilməsi;
• Problemli kreditlər yaranmasının qarşısının alınması üçün vaxtında bütün qabaqlayıcı tədbirlərin görülməsi;
• Filialda mühasibat uçotunun təşkili və aparılmasını, Bankın uçot siyasətinin tələblərinin bütün işçilər tərəfindən yerinə yetirilməsinin təmin edilməsi;
• Banka və eləcə də, kənar təşkilatlara (Mərkəzi Bankın Ərazi İdarəsi, yerli statistika   idarəsi, yerli icra orqanları) təqdim olunması tələb edilən hesabatların vaxtında hazırlanmasının və təqdim edilməsinin təmin edilməsi;
• Filial işçilərinin iş fəaliyyətinə nəzarət edilməsi;
• Filialda marketinq işinin və tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi;

Namizədə qarşı tələblər:

• Ali təhsilin olması;
• Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini orta səviyyədə bilməli;
• Ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 2 illik iş stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması;
• İşində dəqiq, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli olmaq kimi bacarıqlara sahib olması;
• Yüksək səviyyədə idarəetmə qabiliyyətinin olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 mart 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Masallı filialına müdir) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.