Müdir
Şəhər - Bakı
Yaş - 27 - 40 yaş
Təhsil - Ali
İş təcrübəsi - 3 ildən 5 ilə qədər
Telefon - (012) 510-79-11
E-mail - [email protected]
İş barədə məlumat
- Filiala verilmiş lisenziyaya uyğun bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək
- Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək
- Filiala etibar edilmiş maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək
- Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və baş idarəyə vaxtında ötürülməsinə nəzarət etmək və buna məsuliyyət daşımaq
- Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatlar aparılması və onların bağlanılması işini təşkil etmək
- Müştərilərə yüksək səviyyədə bank məhsulları və xidmətlərinin satışını təşkil etmək
- Korporativ müştərilərin filiallara cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək
- Tabeliyində olan strukturların fəaliyyətini tənzimləmək və onların əsasnamə funksiyalarının yerinə yetirməsinə nəzarət etmək
- Bilavasitə tabeliyində olan işçilər arasında vəzifə bölgüsü aparmaq
- Filialın əsasnaməsindən və daxili qaydalardan irəli gələn digər bütün vəzifələrin icrasını təmin etmək
Vakant yer Baki və regionlar üzrə nəzərdə tutulmuşdur.
Namizədə tələblər
- Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə)
- Məsuliyyətli, ünsiyyətcil və etikalı olmalı
- Müşahidə aparma və faktları müəyyən etmə bacarığı olmalı
- Liderlik və komanda ilə işləmə, filial daxilində ona verilmiş səlahiyyət çərçivəsində qərar qəbul etmə qabiliyyəti olmalı
- Filiala müştəri cəlb etmə bacarığı olmalı
- Kredit portfelinə nəzarət etmə və idarəetmə qabiliyyəti olmalı
- Mərkəzi Bankın və AMBN Palatasının bütün təlimatları haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olmalı
- Müştərilərlə işləmə və Müştərilərin/ Müəssisələrin maliyyə vəziyyətini analiz etmə qabiliyyəti olmalı
- Yüksək darəcədə analitik, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti olmalı
- Filialın işlərini planlaşdırma və problemləri yerində həll etmə bacarığı olmalı
- Filial müdiri kimi bank sektorunda ən azı 4 illik iş təcrübəsi olmalı
- Azərbaycan, rus dilində sərbəst danışmalı
Mövzu hissəsində vəzifə adınının qeyd edilməsi mütləqdir.