Vakansiya haqqında məlumat:
Vəzifə öhdəlikləri:
- monitorinq və qiymətləndirmə üçün informasiyaların yığımı, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işlər aparmaq, praktiki tövsiyələr hazırlamaq;
- monitorinq və qiymətləndirmənin həyata keçirilməsi üçün uyğun uzunmüddətli planların, metodologiyanın seçilməsini təmin etmək;
- monitorinqin aparılması alətlərinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
- monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
- sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə, iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılmasında iştirak etmək;
- icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsində iştirak etmək;
- monitorinq və qiymətləndirmə hesabatlarının hazırlanmasında iştirak etmək;
- monitorinq və qiymətləndirmə şöbəsinə daxil olan informasiya xarakterli müraciətləri cavablandırmaq;
- Mərkəz rəhbərliyinin və şöbə müdirinin cari tapşırıqlarını icra etmək.
Təhsil və ixtisas tələbləri: iqtisadiyyat və idarəetmə istiqaməti üzrə ali təhsil.
Staja dair tələb: müvafiq sahədə ən azı 2 il iş təcrübəsi.
Kompüter biliklərinə dair tələblər: MS Office, internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması (arzuolunandır).
Dil bilikləri: Azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır.
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti
Şirkət:
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi