Monitoring engineer | Banco.az
ABB

Monitoring engineer

Vakansiya haqqında məlumat: 

 

Azərbaycan Beynəlxalq Bankı Rəqəmsal İnnovasiyaların Tətbiqi departamentinə Tətbiqlərin Monitorinqi üzrə mühəndis  vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Peşəkar kollektivdə çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat;

Görəcəyiniz işlər:

  • Production-da olan müxtəlif servislərin 24/7 rejimində davamlı monitorinqi və idarə olunması;
  • Monitorinq prinsipləri haqqında anlayış, applikasiya və infrastruktur monitorinqi alətlərindən istifadə təcrübəsi (Dynatrace, Firebase və s.);
  • Production mühitində baş verən problemlərin monitorinqi və müəyyən olunması, eyni zamanda 1-ci və 2-ci səviyyə infrastruktur və applikasiya problemlərinin müəyyən olunması;
  • Problemin səbəbinin dərin analizi və cloud/infrastruktur problemlərinin həlli üçün təkliflərin verilməsi;
  • Product, R&D və Support komandaları ilə birlikdə işləyərək problemlərin üzə çıxarılması və həlli;
  • Applikasiya və infrastruktur haqqında vacib məlumatları özündə saxlayan dashboard-ların qurulması və onlara nəzarət;
  • Monitorinq dashboard-ları, problem analizi, üzə çıxan insidentlərin həlli, sənədləşdirmə və koordinasiyası;
  • Alert-lərə əhəmiyyət dərəcəsinə görə cavab vermək və prosedur və strategiyalara müvafiq olaraq problemlərin sürətli şəkildə report olunması;
  • Komandada işləmək bacarığı və motivasiyası.

Bizim üçün ideal namizəd:

  • Veb-texnologiyalarla bağlı anlayışlıdır (REST, cloud-based applikasiyalar);
  • Logging və Management sistemləri ilə təcrübəlidir;
  • Mikroservislər və Smartscape servis topologiyası haqqında baza anlayışları var;
  • Applikasiya performans problemlərinə analitik incələmə və texniki  bacarığına sahibdir;
  • Database sistemləri və SQL bilikləri var;
  • Ən azı bir proqramlaşdırma və ya scripting dili ilə bağlı təcrübəsi var (Javaya üstünlük verilir);
  • Şəbəkə haqqında baza bilikləri var, HTTP, DNS, Load-balancers, şəbəkə təhlükəsizliyi və s;
  • Yüksək ünsiyyət bacarıqlarına sahibdir;
  • Git haqqında anlayışlıdır;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Monitoring engineer” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et