Mobile Developer | Banco.az
PAŞA Bank

Mobile Developer

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq “Mobile Developer” kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Məhsul yaradılmasına töhfə verməklə kod və qərarlarla müvafiq həllərin hazırlanması;
• Biznes dəyərlərini artırmaq üçün mobil mühəndislik praktikasının gücləndirilməsi;
• Banka dəyər qatacaq Android/iOS platforması üçün yüksək səviyyəli proqramların yaradılması;
• Tələb olunan proqramın görüntü elementlərini yaratmaq üçün UI/UX dizayn çərçivələrinin koda çevrilməsi; Qrafik dizayn və texniki icra arasında boşluğun aradan qaldırılması üçün UI/UX dizaynerlər ilə birgə fəaliyyət;
• Qrafik dizayn və texniki icra arasında boşluğun aradan qaldırılması üçün UI/UX dizaynerlər ilə birgə fəaliyyət;
• Üçüncü tərəfin təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə faəliyyət;
• Sürət, keyfiyyət və stabillik üçün testlərin həyata keçirilməsi;
• Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
• İstənilən maneələrin aradan qaldırılması və çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
• “Agile” metodlarının təkmilləşdirilməsi və dəstəklənməsi;
• Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla mühəndislik işlərinin təmin edilməsi;
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər müvafiq sahə üzrə Bakalavr təhsili
İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 3 il
Xarici dil: İngilis
Komputer bilikləri: Native android və ya iOS development, Kotlin və ya Swift üzrə biliklər
RESTful APIs, SOAP daxil olmaqla İnfrastruktur üzrə biliklər
Verilənlərin strukturu və alqoritm üzrə biliklər
Məhsul üzrə biliklər: JIRA və ya digər tapşırıqların idarəedilməsi vasitələri
Versiyaya nəzarət sistemləri: Git
Digər: İdarəçilik, ünsiyyət və hesabat bacarıqları .
Üstünlük verilir: Bankçılıq təcrübəsi, kodun yenidən işlənməsi, dizayn nümunələri, dizayn yönümlü inkişaf, domain yönümlü dizayn, CI/CD, yüksək miqyaslı proqramlar, proqram təhlükəsizliyi, ikili proqramlaşdırma, testlər üzrə biliklər və asılılığın tədbiqi.

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi aşağıda qeyd olunan linkdən qeydiyyatdan keçib, cv-nizi yükləyib və daha sonra test imtahanından keçməyiniz xahiş olunur:

https://www.hackerrank.com/test/7ci8btld5jb/c6a5c7ff96532f6ef3307d0ccdfa2654

Nəzərinizə çatdırırıq ki, yalnız test imtahanını uğurla başa vurmuş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et