Mobil tətbiqlər üzrə analitik | Banco.az
Bank Respublika

Mobil tətbiqlər üzrə analitik

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC “Mobil tətbiqlərüzrə analitik” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 27 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Mobil tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
  • Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
  • Mobil tətbiqlərin daxili biznes məntiqinin inkiş etdirilməsi;
  • Mobil tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
  • Daxili hesabatların hazırlanması və onların təhlili.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (informasiya texnologiyaları, maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
  • İştəcrübəsi:texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzu olunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (arzuolunandır);
  • Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
  • Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 yanvar 2020-ci il tarixinədək, email-in mövzu hissəsində Mobil tətbiqlər üzrəanalitik” qeyd edərək [email protected] elektron ünvanına göndərə və ya müraciət etmək üçün aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilər. (https://www.bankrespublika.az/user/az/login)

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et