Mobil Proqramlaşdırma üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

Mobil Proqramlaşdırma üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Mobil Proqramlaşdırma üzrə Mütəxəssis

İşiniz nədən ibarətdir?

  • Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün mobil mühəndislik təcrübəsinin gücləndirilməsi;
  • Banka dəyər qatacaq Android/iOS platforması üçün yüksək səviyyəli proqramların yaradılması;
  • Tələb olunan proqramın visual elementlərini yaratmaq üçün UI/UX dizayn çərçivələrinin koda çevrilməsi;
  • Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerlər ilə əməkdaşlıq və hər iki tərəfin işində aktiv iştirak etməklə proqramın iş prinsipinin müəyyən edilməsi;
  • Üçüncü tərəflərlə əməkdaşlıq, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə iş, həmçinin sürət, keyfiyyət və stabillik üçün testlərin təşkili;
  • Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
  • İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
  • “Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
  • Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla, mühəndislik işlərinin təmin edilməsi;
  • Şöbənin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq icrası;
  • Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.

Tələb edilən bilik, bacarıq və təcrübə

TƏHSİL

  • İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr təhsili

İŞ TƏCRÜBƏSİ

  • Proqram təminatı, mühəndislik sahəsində minimum 1 il

XARİCİ DİL

  • İngilis

KOMPÜTER BİLİKLƏRİ

  • “Native Android” və ya “Native iOS development”
  • “Kotlin/Java” və ya “Swift”
  •  “RESTful APIs” daxil olmaqla infrastuktur biliyi
  •  “Verilənlərin strukturu və alqoritm biliyi
  •  Verilənlərin strukturu və alqoritm biliyi

SERTİFİKATLAR

DIGƏR

  • Digər: İdarəçilik, ünsiyyət və hesabat bacarıqları
  • Üstünlük verilir:
  • Bankçılıq təcrübəsi
  • Kodun yenidən işlənməsi
  • Dizayn nümunələri
  • Dizayn yönümlü inkişaf
  • Domain yönümlü dizayn
  • CI/CD, yüksək miqyaslı proqramlar, proqram təhlükəsizliyi, ikili proqramlaşdırma, testlər üzrə bilik

Müraciət etmək üçün linkə keçid edə bilərsiniz  https://bit.ly/3raRX78

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et