Mikro kreditlər üzrə qrup rəhbəri (Xaçmaz, Bərdə, Şirvan, Mingəçevir, Gəncə filialları üzrə) | Banco.az
Expressbank

Mikro kreditlər üzrə qrup rəhbəri (Xaçmaz, Bərdə, Şirvan, Mingəçevir, Gəncə filialları üzrə)

Vakansiya haqqında məlumat: 

Təsvir

·        Mikro kreditlərə dair prosedurların və daxili normativ sənədlərin icrasına nəzarət edir;

·        Mikro kredit məhsullarının satışı prosesinin keyfiyyətli şəkildə təşkil və icra olunmasına nəzarət edir;

·        Mikro kredit məhsulları üzrə mövcud il üçün təsdiqlənmiş və Bankın büdcə planında nəzərdə tutulmuş satış planlarının həyata keçirilməsinə nəzarət edir;

·        Müvafiq Kredit Komitəsinə təqdim olunan mikro kredit sifarişlərinin təhlilində, müzakirələrdə iştirak edir və öz rəyini verir;

·        Filialın mikro kreditlər portfelini təhlil edir, müvafiq hesabatları hazırlayır və portfelə nəzarət edir;

·        Mikro kredit sahəsində çalışan filialdakı qrup əməkdaşlarının işgüzar fəallığının gündəlik qiymətləndirilməsini aparır və bununla bağlı hesabatlar (həftəlik) hazırlayır;

·        Mikro kredit sahəsi üçün təcrübəcilərin hazırlanmasında iştirak edir;

·        Bankın normativ aktları və sərəncam xarakterli sənədlərinə müvafiq olaraq digər funksiyaları yerinə yetirir.

Tələblər

·        Ali təhsil;

·        Kredit sahəsində 4 ildən çox iş təcrübəsi;

·        Təhliletmə bacarığı, idarəetmə qabiliyyəti;

·        Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;

Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Sosial imtiyazlar

• Tibbi sığorta; • Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər; • Professional və maddi inkişaf perspektivləri; • Peşəkar korporativ mühitdə işləmək imkanı.

 

Müraciət üçün daxil olun