Mikro kreditlər üzrə aparıcı mütəxəssis (Bakı və Bərdə şəhərləri üzrə)
Tələblər:
- Ali iqtisadi təhsil;
- Mikro kreditlərlə iş sahəsində 2-3 il iş təcrübəsi;
- Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;
- Analitik düşüncə;
- Әla ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
- Bütün fəaliyyətini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
- Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
- Müştəriyə bankın kredit məhsullarına dair məsləhət vermək;
- Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.
Şəxsi məlumatlarınızı göndərmək üçün anket formasını doldurub [email protected] ünvanına göndərə bilərsiniz. Xahiş olunur yalnız Expressbank-ın CV formasını, göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyi unutmayın. Əks halda CV-lər qəbul edilməyəcək.
Namizədliyiniz üzrə müvafiq vakansiya yarandığı halda İnsan Resursları şöbəsinin əməkdaşları qısa zaman ərzində Sizinlə əlaqə saxlayacaqlar.