Mərkəzləşdirilmiş Kredit Təsdiqetmə İşçisi (Baş Ofis) | Banco.az

Mərkəzləşdirilmiş Kredit Təsdiqetmə İşçisi (Baş Ofis)

Vakansiya haqqında məlumat: 

 

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün MƏRKƏZLƏŞDİRİLMİŞ KREDİT TƏSDİQETMƏ İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Əsas Öhdəliklər

  • Mərkəzləşdirilmiş Kredit Satışı İşçisi tərərfindən təsdiq üçün hazırlanmış sənədlər toplusunun təşkilatın daxili kreditləşmə qaydalarına müvafiqliyinin yoxlanılması;
  • Müştərilərin kredit müraciətlərinə vaxtında cavab verməsi;
  • Kredit müraciətlərini qiymətləndirərkən Mərkəzləşdirilimiş Kredit Satışı heyəti  ilə sıx əməkdaşlıq etməsi;
  • Kredit müraciətini qiymətləndirərkən qurumun qaydalarına hörmət  və riayət etməsi;
  • Kredit üçün müraciət etmiş şəxslərə kredit verilməzdən əvvəl maliyyə məlumatlarını və risklərini qiymətləndirilməsi;
  • Ümumi kredit prosesinin yaxşılaşdırılması üçün digər şöbələrlə sıx əməkdaşlıq edilməsi.

Tələb olunan bilik və bacarıqlar

  • Ali təhsil. Biznes, iqtisadiyyat, mühasibatlıq və ya bizneslə əlaqəli digər sahədə ixtisasa üstünlük verilir;
  • MS Office (MS Word, MS Excel, MS Outlook) sahəsində biliklər;
  • Səlis şifahi və yazılı Azərbaycan dili;
  • Uyğun sahədə iş təcrübəsi;
  • Biznes fəaliyyətlərinin gəlirlilik əmsalları haqda mövcud zamana uyğun məlumatlı olması;
  • Biznes gəlirlərinin müxtəlif üsullarla yoxlama qabiliyyəti;
  • Kredit risklərininin qiymətləndirmə bacarığı;
  • Effektiv ünsiyyət qurma bacarığı;
  • Analitik düşüncə;
  • Vaxtın idarə edilməsi və sürətli iş bacarıqları, strateji düşüncə;
  • Gərgin iş mühitində işləmə bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Planlama/ təşkilatçılıq.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 2 fevral  2022-ci il tarixdən  gec olmamaq  şərtilə [email protected] electron  ünvanına Subject/Mövzu  hissəsində  Mərkəzləşdirilmiş Kredit Təsdiqetmə İşçisi (Baş Ofis) qeyd  etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Şirkət: 
“FİNCA Azerbaijan”

Ən sərfəli krediti almaq üçün müraciət et