Məlumat Təhlükəsizliyi üzrə Menecer | Banco.az
AFB Bank

Məlumat Təhlükəsizliyi üzrə Menecer

Vakansiya haqqında məlumat: 

AFB Bank Məlumat Təhlükəsizliyi üzrə Menecer vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Menecer
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• İT sahəsində Ali təhsil;
• İT və ya İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 5(beş) il iş təcrübəsi;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı,(ingilis dili biliyi arzuolunandır);
• Ünsiyyətcil və Komandada işləmək bacarığı;
• Güclü təşkilati və qərar vermə qabiliyyəti, Stressə davamlılıq;

İŞİN TƏSVİRİ:

• Bankda mövcud olan elektron sistemlərinin və korporativ şəbəkənin məlumat təhlükəsizliyi siyasətini və konsepsiyasını hazırlayıb tətbiq edir, həmin siyasəti və konsepsiyanı Mərkəzi Bankın tələblərinə, AR-ın qanunvericiliyinə, dövlət və beynalxalq standartlara (İSO, COBIT və s.) uyğunlaşdırır;
• Bankın informasiya sistemlərin dağıdılması, oğurlanması, talanması hallarının qarşının alınması uçun daxili qayda və tədbirlər planlarını hazırlayır, müvafiq təsdiqdən sonra onların icrasını təşkil edir
• Bankın informasiya sistemlərinin və korporativ şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadəçilərin həmin sistemlərə və şəbəkəyə buraxılış dərəcəsini müəyyən edir, müvafiq profaylları və şablonları yaradır;
• Bankda mövcud olan informasiya sistemlərinin və korporativ şəbəkənin əsas komponentlərinin fiziki və məlumat təhlükəsizliyi tədbirlərini hazırlayıb tətbiq edir;
• Bank sirri xarakterini daşıyan məlumatların konfidensial saxlanılması məqsədi ilə mövcud profaylların və parolların qorunması, eləcə də kənar şəxslərin onlardan istifadə etməsinin qarşısının alınması istiqamətində təhlükəsizlik tədbirlərini həyata keçirir;
• Əsas və ehtiyat SWİFT-modullarının və onlara bağlı şifrlənmə sistemlərinin və davamlı işinə nəzarət edir;
• Təcili pul köçürmə sistemləri, SWİFT, mövcud olan və perspektivli milli və beynəlxalq informasiya sistemləri üçün müvafiq elektron açarlarının, parolların, sertifikatların və s. təhlükəsizliyini və yenilənməsinə nəzarət edir;
• Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinin pozulmaması üçün maarifləndirici və qabaqlayıcı tədbirlər görür, müntəzəm təlimlər keçirir, onların məlumat təhlükəsizliyi üzrə məsuliyyətlərini izah edir;
• Bankın elektron xidmətləri (kart, internet və mobil bankçılıq və digər elektron xidmətlər) zamanı məlumat təhlükəsizliyi risklərinin minimalaşdırılması üçün təkliflər hazırlayır;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Məlumat təhlükəsizliyi üzrə menecer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et