Məlumat mərkəzi şöbəsində mütəxəssis | Banco.az
Rabitəbank

Məlumat mərkəzi şöbəsində mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC Riteyl Bankçılıq Departamentinin Məlumat mərkəzi şöbəsində mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Banka telefon və ya onlayn vasitələrlə edilmiş müraciətləri cavablamaq;
  • Sosial şəbəkələrdə və digər internet media məkanlarında müştərilərin suallarını cavablandırmaq;
  • Müştərilərə, Bankın məhsul və xidmətləri, promo aksiyaları, yenilikləri, xidmət strukturları haqqında ətraflı və dolğun məlumat vermək;
  • Müştəri haqqında əldə edilən yeni məlumatları bank proqramına daxil etmək;
  • Zənglərə əsasən bank məhsullarının satışını təşkil etmək (telemarketinq);
  • Vəzifə funksiyalarından irəli gələn tapşırıqlar əsasında digər öhdəlikləri yerinə yetirmək.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

  • Ali təhsil;
  • Məlumat sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və rus dili bilikləri;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • MS Ofis proqramları ilə işləmək bacarığı;
  • Dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Səlis və aydın nitq qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məlumat Mərkəzi” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram