AFB Bank
Məhsul və xidmətlərin satışı üzrə baş mütəxəssis aparıcı mütəxəssis/mütəxəssis
Vakansiya haqqında məlumat:
AFB Bank Korporativ Bankçılıq Strukturuna Məhsul və xidmətlərin satışı üzrə baş mütəxəssis/ aparıcı mütəxəssis/mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Vəzifə: Baş mütəxəssis/ Aparıcı mütəxəssi/ Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil;
- Bank sahəsində ən az 2-3 il iş təcrübəsi(Müştəri xidmətləri, korporativ satış, marketinq strukturlarında);
- Azərbaycan dilində sərbəst danışıq bacarığı(ingilis, rus dili biliyi arzu olunandır);
- Ünsiyyətqurma, problemləri həll etmə və komandada işləmək bacarığı;
- MS office proqramlarında işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
- Potensial müştərilərin müəyyənləşdirilməsi;
- Müəyyənləşdirilən müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;
- Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabatların hazırlanması;
- Korporativ müştərilərə məhsul və xidmətlərin satışında müştəri xidməti strukturlarına yaxından köməklik göstərilməsi;
- Mütəmadi olaraqkorporativ müştərilərlə görüşlər və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;
- Müştəri ziyarətlərinin həyata keçirilməsi və lazım olduğu halda iri korporativ müştərilərlə bank rəhbərliyinin görüşünün təşkil olunması;
- Korporativ kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və kredit komissiyasına çıxarılmasını təmin etmək;
- Təsdiq edilmiş kreditlərin verilməsi üzrə zəruri sənədləşməni aparmaq, o cümlədən ipoteka, zəmanət və s. müqavilələri rəsmiləşdirmək;
- Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi;
- Kredit portfelinin təhlilini aparmaq və rəhbərliyə müvafiq hesabatlar hazırlamaq;
- Çarpaz satış imkanlarının araşdırılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət etdiyi vəzifəyə uyğun olaraq “Məhsul və xidmətlərin satışı üzrə baş mütəxəssis/ aparıcı mütəxəssis/mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.