Məhkəmələr və dövlət orqanları ilə iş şöbəsinə Hüquqşünas/Aparıcı Hüquqşünas | Banco.az
Beynəlxalq Bank

Məhkəmələr və dövlət orqanları ilə iş şöbəsinə Hüquqşünas/Aparıcı Hüquqşünas

Vakansiya haqqında məlumat: 

 

Azərbaycan Beynəlxlaq Bankı  Hüquq Departamentinin  Məhkəmələr və dövlət orqanları ilə iş şöbəsinə Hüquqşünas/Aparıcı Hüquqşünas vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

 Görəcəyiniz işlər:

  • Bank fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələri və digər müxtəlif növ müqavilələri hazırlamaq, habelə bütün növ müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək, onların Bankın mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğu barədə hüquqi rəylər vermək;
  • Bankın hüquqlarını qorumaq və qanuni mənafelərini müdafiə etmək, kredit işləri, habelə bu işlərdən irəli gələn ayrı-ayrı mübahisələr istisna olmaqla, digər işlərlə bağlı məhkəmə instansiyalarında Bankı təmsil etmək, Bankın fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsini təmin edilməsində iştirak etmək;
  • Dövlət orqanlarından daxil olan sorğuların cavablandırılmasında iştirak etmək;
  • Bankın struktur bölmələrindən daxil olan sorğuları təhlil etmək və zəruri hallarda Bankın hüquqlarını qorumaq və vurulmuş zərərin ödnilməsi məqsədi ilə məhkəmədə iddianın qaldırılması ilə bağlı sənədləri tərtib etmək;
  • Bankın məhkəmə işinin təşkili ilə bağlı strategiyasınını hazırlanmasında iştirak etmək və tövsiyələr vermək.

Bizim üçün ideal namizəd:

  • Hüquq üzrə ali təhsilli;
  • Bank, məhkəmə sahələri üzrə minimum 1 il iş təcrübəsi olan şəxsdir;
  • Ofis proqramlarında sərbəst işləmək bacarığını olan.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Məhkəmələr və dövlət orqanları ilə iş şöbəsinə Hüquqşünas/Aparıcı Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et