Marketinq Departamenti, Təhlil və araşdırma şöbəsinin aparıcı mütəxəssisi | Banco.az
Bank Respublika

Marketinq Departamenti, Təhlil və araşdırma şöbəsinin aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Artıq 27 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Məhsulların təkminləşdirilməsi və yeni məhsulların yaradılmasına dair təkliflərin verilməsi;
  • Marketinq büdcəsinin təhlil olunması/hesabatların hazırlanması/effektivliyin ölçülməsi;
  • Aşağıdakı istiqamətlərdə tədqiqat, təhlil və monitorinqlər aparılması:
  • İqtisadiyyatın və bank sektorunun inkişaf templəri;
  • Rəqib bankların məhsul, xidmətlərinin şərtləri, maliyyə göstəriciləri, bazar payı və bazardakı mövqeləri, filial/şöbə/ATM şəbəkəsi, etdikləri yeniliklər, keçirdiyi kampaniyalar, müştəri xidməti və müştərilərin razılığı, reklam/PR fəaliyyətinin nəticələri, rəqib bankların üstün və zəif cəhətləri;
  • Bankın məhsul və xidmətlərinin rəqib bankların məhsul və xidmətlərinin şərtləri ilə müqayisəsi;
  • Cari və potensial müştərilərin tərkibi və digər xarakteristikaları;
  • Müştəri xidmətinin və müştərilərlə ünsiyyət keyfiyyətinin monitorinqi;
  • Cari və potensial müştərilərin ehtiyacları, istəkləri, Bankın və digər bankların xidmətlərinə və müştəri xidmətinə münasibəti, razılıq səviyyəsi, reklam/PR tədbirlərinə və məhsullarına münasibətləri;
  • Əməkdaşların Bankın və rəqib bankların məhsul, xidmətlərinə, keçirilən kampaniyalara, müştəri xidmətinə, reklam/PR tədbirlərinə münasibətləri, fikir və təklifləri;
  • Digər bankların kampaniyaları/məhsul/xidmətləri və onların Bankda tətbiqi imkanları;
  • Müştəri bazalarının analizi, seqmentasiya, statistik təhlilər, proqnozlaşdırma.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (marketinq, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil);
  • İş təcrübəsi: marketinq və ya iqtisadiyyat sahəsində minimum 3 il;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili və ya İngilis dili bilikləri arzuolunandır;
  • Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel, Power Point);
  • Marketinq bilikləri – marketinq fəaliyyətinin məqsədlərini, vəzifələrini və metodları ilə bağlı nəzəri biliklər;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Riyazi biliklər və analitik təhlillər – maliyyə göstəricilərini, söhbət, fokus-qrup, sorğu əsasında toplanmış məlumatları, digər fikir və ideyaları təhlil etmək, riyazi hesablamalar aparmaq, nəticələr çıxarmaq və onları şərh etmək bacarığı;
  • Axtarış etmə bacarıqları.  KİV-lərdə, digər bankların internet saytlarında və reklam, informasiya materiallarında rəqabət və benç-markinq baxımından zəruri məlumatlar və ideyalar tapmaq bacarığı;
  • Təşəbbüskarlıq – müştərilərin, əməkdaşların və digər mənbələrdən tapılmış məlumatların və ideyaların konkret təkliflər şəklində formalaşdırmaq və təqdim etmək bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşma.

 

Sizə nə təklif edirik?

 

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 noyabr 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq Departamenti, Təhlil və araşdırma şöbəsinin aparıcı mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.