Maliyyə Nəzarəti üzrə Baş Mütəxəssis | Banco.az
PAŞA Bank

Maliyyə Nəzarəti üzrə Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Maliyyə Nəzarəti üzrə Baş Mütəxəssis

PAŞA Bank namizədləri Maliyyə Nəzarəti üzrə Baş Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

  • Portfellərin və digər aktivlərin / öhdəlik hesablarının düzgünlüyünə nəzarət;
  • Təqdim edilən maliyyə məlumatlarının düzgünlüyünün, bütövlüyünün təmin edilməsi;
  • Kredit, depozit və qiymətli kağız portfellərinin maliyyə uçotuna nəzarət, uyğunsuzluqların aşkar ediləcəyi təqdirdə, müvafiq funksiyalara tövsiyələrin verilməsi;
  • Digər aktivlərin və öhdəlik qalıqlarının düzgün tanınması, uyğunsuzluqların aşkar ediləcəyi təqdirdə müvafiq funksiyalara tövsiyələrin verilməsi;
  • Debitor borclarının vaxtında toplanılmasına nəzarət;
  • Kredit borclarının vaxtında ödənilməsinə nəzarət;
  • Gəlir və xərclərin düzgün maliyyə dövründə tanınmasına nəzarət;
  • Proseslərin avtomatlaşdırılması və bununla bağlı tövsiyələrin verilməsi;
  • Daxili müştərilərin sorğu və suallarının gündəlik əsasda cavablandırılması.

Sizdən nə tələb olunur?

  • Təhsil: maliyyə və iqtisadiyyat üzrə ali təhsil
  • Təcrübə: müvafiq sahədə 3-5 il iş təcrübəsi
  • Xarici dil: ingilis (yaxşı), rus (yaxşı)
  • Kompüter bilikləri: "Microsoft Office" proqramları
  • Məhsul biliyi: bank məhsulları üzrə biliklər
  • Digər: Mərkəzi Bankın tələbləri üzrə biliklər
  • Üstünlük verilir: ACCA / CFA sertifikatların mövcudluğu əlavə üstünlükdür.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, 14.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram