Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi | Banco.az
Xalq Bank

Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Maliyyə idarəsi

Vəzifə: Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Maliyyə və ya İqtisadiyyat sahəsində ali magistr təhsili;
  • Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
  • Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) təkmil istifadə bacarığı;
  • Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank təcrübəsi və beynəlxalq maliyyə ixtisaslaşması (məs. ACCA, CIMA) olan namizədlərə üstünlük veriləcəkdir.

İŞİN TƏSVİRİ:

  • Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
  • Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil edilməsi;
  • Rəhbərlik tərəfindən təsdiq edilməsi üçün illik icmal büdcənin hazırlanmasında iştirak;
  • Hər bir hesabat dövrünün sonunda büdcə məlumatlarını faktiki göstəricilərlə müqayisə etmək və kənarlaşmaların səbəblərini aydınlaşdıraraq məruzə etmək;
  • Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət;
  • İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.

Qeyd:  Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail:   [email protected]

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram