Maliyyə hesabatlığı şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi | Banco.az
Bank BTB

Maliyyə hesabatlığı şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bank “BTB” ASC Maliyyə departamentinin Maliyyə hesabatlığı şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş  Bank “BTB” ASC  hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC  öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Maliyyə hesabatlığı şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi

İş barədə məlumat:

  • Bankın bütün struktur bölmələrindən və filiallarından statistik məlumatların toplanmasını, emalını, icmallaşdırılmasını həyata keçirir və bu məlumatlar əsasında Bankın maliyyə təhlilini aparır.
  • Bankın fəaliyyəti ilə bağlı cari, taktiki və strateji qərarların qəbul edilməsinə xidmət edən aylıq, rüblük və illik statistik hesabatların hazırlanmasında  iştirak edir.
  • Bank üzrə statistik elektron məlumatlar bazasının yaradılmasını təmin edir və bu bazanın daima təkmilləşdirilməsi istiqamətində təkliflər verir.
  • Statistik hesabatla bağlı bankdaxili prosedurlara müvafiq əlavə və dəyişikliklərin hazırlanmasında iştirak edir.
  • Bankın səmərəlilik göstəriciləri üzrə təhlillərini aparır.
  • Mərkəzi Banka və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanıb göndərilməsini təmin edir.
  • Ehtiyac yarandıqda bütün struktur bölmələrdən və filiallardan bu şöbəyə təqdim olunan hesabatların təkmilləşdirilməsini tələb edir və bu istiqamətdə dəstək göstərir.
  • Bankda hesabat formalarının təkmilləşdirilməsinə dair aidiyyəti departamentlərlə birlikdə müvafiq təkliflər hazırlayır.
  • Şöbəyə daxil olmuş məktub və sorğulara cavablar hazırlanmasını təmin edir.
  • Departamentin əsasnaməsinə uyğun olaraq  ona həvalə olunmuş digər vəzifələri həyata keçirir.

Namizədə tələblər:

  • ali iqtisadi təhsilin və bankda maliyyə sahəsində ən azı 2 illik iş stajının olması; 
  • SQL biliyi
  • peşəkar bilik və təcrübə;
  • analitik düşüncə;
  • kollektivdə işləmək bacarığı;
  • işə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və bu ideyaları stimullaşdıra bilmək;
  • MS Office proqramlarında işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Maliyyə hesabatlığı şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi)  göstərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et