Kreditlərin monitorinqi üzrə Baş Mütəxəssis | Banco.az
PAŞA Bank

Kreditlərin monitorinqi üzrə Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

PASHA Bank Kreditlərin monitorinqi üzrə Baş Mütəxəssis vakansiyasını elan edir.

Vəzifənin məqsədi:

Müştəri kreditlərinin kompleks şəkildə vaxtaşırı monitorinqinin vaxtında və keyfiyyətlə aparılmasına, kredit risklərinin azaldılması məqsədilə siqnalların erkən aşkarlanmasına cavabdehdir.

Vəzifə Öhdəliyi:

• Monitorinq keyfiyyətinə nail olmaq (müştəri və onun zamininin kredit tarixinin analizi və müqayisəsi, maliyyə vəziyyəti barədə məlumatın və hesabatların yığılması, bankın rəhbərliyi və digər şöbələrə çatdırılması)
• Monitorinq kəmiyyətinə nail olmaq
• Kredit ödənişlərinə nəzarət. Müştərinin ödənişlərdə gecikmə səbəbi barədə məlumatın yığılması
• Müştərilərin kredit müqaviləsinin şərtlərinə əməl etmə səviyyələrinə nəzarət etmək
• Erkən xəbərdarlıq siqnalları olduqda riskin azaldılması məqsədilə tədbirlərin görülməsi və planların hazırlanması
• Monitorinq prosesinin keyfiyyətinin lazımi səviyyədə saxlanılması məqsədilə yeni və daha az təcrübəli komanda üzvlərinin təlimləndirilməsi
• “Nəzarət siyahısı” kateqoriyalarına düşən müştərilərin analizi və izlənilməsi
• Kredit risklərinin azaldılması məqsədilə əsas makro və sənaye faktorlarının təsirini müəyyən etmək
• EXS əsasında hazırlanmış təbdirlər planının yerinə yetirilməsinə nəzarət (upsell, gələcək gecikmənin azaldılması)
• Risk məsələləri ilə bağlı digər komandalara dəstəyin verilməsi
Tələb edilən bilik, bacarıq və təcrübə
• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: Maliyyə modelləşdirilməsi, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) F3, F7 səviyyə üzrə sertifikata üstünlük verilir
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office
• Bazar biliyi: tələb olunur.
• Digər: Maliyyə hesabatları barədə anlayış, Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına emailin mövzu hissəsində “Kreditlərin Monitorinqi üzrə Baş Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et