Kreditlərin inzibatçılığı üzrə Mütəxəssis | Banco.az
Bank BTB

Kreditlərin inzibatçılığı üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Bank "BTB" ASC "Gəncə" filialına Kreditlərin inzibatçılığı üzrə Mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Kreditlərin bankdaxili qaydalara və prosedurlara uyğun olaraq rəsmiləşdirilməsini həyata keçirmək;
  • Kreditlərin rəsmiləşdirilməsi üzrə zəruri sənədləşdirməni aparmaq;
  • Kreditlərin rəsmiləşdirilməsi zamanı müqavilə şərtlərinin müştərilərə izah olunması;
  • Kredit sənədlərinin tamlığına cavabdehlik;
  • Kredit qovluqlarının arxivləşdirilməsini təmin etmək;
  • Kredit inzibatçılığı üzrə digər nəzarət işləri

Namizədə tələblər:

  • Ali təhsil,
  • Kreditlərin inzibatçılığı sahəsi üzrə iş təcrübəsi;
  • Komandada işləmək bacarığı;
  • Stressə davamlılıq;
  • Detallara diqqət;
  • Analitik təhlil;
  • Vaxtı idarə etmək qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır;
  • Kompüter bilikləri: Microsoft Office Programs (Word, Excel).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində "Gəncə" filialı Kreditlərin inzibatçılığı üzrə Mütəxəssis) göstərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et