Bank BTB
                        
                        
                    
                    
                    
                    Kreditlərə Nəzarət şöbəsi, Kreditlərin Monitorinqi bölməsinin Mütəxəssisi
Vakansiya haqqında məlumat: 
İş barədə məlumat
- Kredit memorandumlarının yoxlanılması;
 - Cari kreditlərin monitorinqinin həyata keçirilməsi;
 - Kredit portfelinə dair hesabatların hazırlanması;
 - Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumatın verilməsi və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələrin verilməsi.
 
Namizədə tələblər
- Ali təhsil (İqtisadiyyat, maliyyə);
 - Bank sahəsində 2 il, biznes kreditləri sahəsində 1 illik iş təcrübəsi;
 - Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və ya Rus dili biliyi;
 - MS Office (Word, Excel) proqramları üzrə yüksək biliklər;
 - Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədlər üzrə biliklər;
 - Analitik təhlil qabiliyyəti;
 - Stress altında işləmə qabiliyyəti, müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmək bacarığı.
 
Namizədlərdən CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.
