Kredit və Əməliyyat Risklərinin idarəedilməsi üzrə Baş Mütəxəssis | Banco.az
ABB

Kredit və Əməliyyat Risklərinin idarəedilməsi üzrə Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

“ABB” ASC Risklərin İdarəedilməsi Departamentinə Kredit və Əməliyyat Risklərinin idarəedilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Kredit risklərinin ölçülməsi məqsədilə müxtəlif yeni metodların, o cümlədən reytinq və scoring metodlarının, vintaj analizinin, miqrasiya matrisinin hazırlanmasında iştirak edilməsi;
 Mütəmadi olaraq kredit portfelinin keyfiyyət tendensiyalarının izlənməsi və müəyyən edilmiş dövrülükdə hesabatların verilməsi;
 Filialların kredit portfelinin keyfiyyətini əsas götürməklə reytinq metodologiyasının hazırlanması, təkmilləşdirilməsi ilə bağlı təkliflərin  verilməsi və qəbul edilmiş təklifləri icra edilməsi;
 Bankda müxtəlif risk sahələri üzrə kredit limitlərinin təyin edilməsi barədə təkliflərin verilməsi və təsdiqlənmiş limitlərin riayət edilməsinə nəzarət edilməsi;
 Kredit sahəsində aşkar edilmiş nöqsanların və çatışmazlıqların müvafiq struktur bölmələr tərəfindən aradan qaldırılması barədə öz təkliflərinin verilməsi və qəbul edilmiş təklifləri icra edilməsi;
 Metodologiya istiqaməti üzrə işlərin aparılması, bank üzrə proseslərin prosedurlaşdırılması, yeni sənədlərin yazılması və mövcud sənədlərin yenilənməsi;
 Biznes prosesləri qiymətləndirmək, prosedurlaşma və optimallaşma tələb edən sahələr üzrə verilən tapşırıqları yerinə yetirmək;
 Əməliyyat risklərinin idarə edilməsi prosesinin koordinasiya edilməsi, metodoloji dəstək verilməsi və mütəmadi olaraq əməliyyat risklərinin idarə olunması sahəsində verilən tapşırıqları yerinə yetirmək;
 Bankın daxili qayda və prosedurlarının mütəmadi olaraq nəzərdən keçirilməsi, onların bank işində əsas tutulmasının monitorinq edilməsi, səlahiyyətləri daxilində tədbir görülməsi və təkliflər verilməsi sahəsində verilən tapşırıqları yerinə yetirmək;
 Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların, modellərin seçilməsi və tətbiqi üzrə verilən tapşırıqları yerinə yetirmək;
 Bank əməliyyatları zamanı insani, texnoloji və bank fəaliyyətinə mənfi təsir edə biləcək digər faktorlardan irəli gələn mümkün risklərin aşkarlanması və idarə edilməsi sahəsində verilən tapşırıqları yerinə yetirmək;

Vakant vəzifə üzrə tələblər:

 İqtisadiyyat sahəsində ali təhsil (magistr dərəcəsi arzuolunandır);
 Analitik düşüncə tərzi, maliyyə-mühasibat hesabatları ilə işləmək bacarığı;
 Bankda (kredit, risk sahələrində) iş təcrübəsinin olması üstünlükdür;
 Analitik düşünmə qabiliyyəti;
 Güclü statistika bilikləri (modelləşdirmə və proqnozlaşdırma); 
 Yüksək səviyyədə Microsoft Excel bilikləri (formulalar və cədvəllərlə işləmək);
 Sərbəst Azərbaycan, İngilis və Rus dili bilikləri;
 Sərbəst işləmə bacarığı;
 Komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  8 iyun  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kredit və Əməliyyat Risklərinin idarəedilməsi üzrə Baş Mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az