Kredit və bazar riskləri şöbəsində mütəxəssis/aparıcı mütəxəssis | Banco.az
Azər Türk Bank

Kredit və bazar riskləri şöbəsində mütəxəssis/aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Risk Menecmenti Departamentinin Kredit və bazar riskləri şöbəsində mütəxəssis/aparıcı mütəxəssis

Təsvir

  • Kredit portfeli üzrə müxtəlif hesabatlar və onların təhlilini hazırlamaq (vintaj analiz, miqrasiya matris, roll rate, PD və s.) və hesabatlardan irəli gələn tövsiyyələr vermək; 
  • IFRS 9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyyatların yaradılması , nəzarəti və modelin daimi yenilənməsi;
  • MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
  • Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi;
  • Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
  • Bazar risklərinin idarə edilməsi məqsədilə erkən xəbərdarlıq sisteminin qurulması;
  • Aidiyyatı üzrə gündəlik, aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.

Tələblər

  • Ali təhsil (Maliyyə və Mühasibatlıq, Risklərin idarə edilməsi, İqtisadi Kibernetika/Mexanika – Riyaziyyat üzrə bakalavr və ya magistr təhsilinin olması arzuolunan);
  • Azərbaycan dili səlis (ingilis dili və rus dili bilikləri arzuolunan);
  • Sahə üzrə minimum 1 il təcrübə;
  • Riyazi və statistik biliklər;
  • Yüksək dərəcədə analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
  • Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq;
  • Dəqiqlik, məsuliyyət və düzgünlük;
  • Komandada işləmək bacarığı;
  • IFRS bilikləri;
  • ACCA (F3, F7, F9) sertifikatları (arzuolunan);
  • MS Office proqramları xüsusilə Exceldə yüksək səviyyədə işləmək bacarığı (SQL bilikləri arzuolunan).

Müraciət et!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et