Kredit risklərinin modelləşdirməsi şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi/ baş mütəxəssisi | Banco.az
Kapital Bank

Kredit risklərinin modelləşdirməsi şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi/ baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Kredit risklərinin modelləşdirməsi şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi/ baş mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit risklərinin modelləşdirməsi şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi/ baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Statistik modellərin (kreditlərin verilməsi, müştərilərin seqmentləşdirilməsi və təqibi, müştəri davranışı əsasında kredit limitləri və s.) hazırlanmasında iştirak etmək;
  • Modellər üçün məlumatların əldə olunması və emal olunması;
  • Modellərin bank əməliyyat sistemlərinə tətbiq olunması və sonradan düzəlişlərin edilməsi;
  • Tətbiq olunmuş modellər və məlumat bazaları üzrə monitorinqlərin aparılması;
  • Aşkarlanan kənarlaşmaların səbəblərinin araşdırılması;
  • Modellər üzrə hesabatların hazırlanması.

Tələblər 

  • İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
  • Statistik proqramlaşma dillərində (Python, R) işləmə qabiliyyəti;
  • Statistik modelləşmə / maşın öyrənməsi / məlumatların emal olunması (data mining) ilə bağlı anlayışın olması;
  • İri həcmli məlumat bazası ilə işləmək bacarığı;
  • Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et