Kredit Risklərinin İdarə edilməsi üzrə Baş Mütəxəssis | Banco.az
PAŞA Bank

Kredit Risklərinin İdarə edilməsi üzrə Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Kredit Risklərinin İdarə edilməsi üzrə Baş Mütəxəssis

PAŞA Bank namizədləri Kredit Risklərinin İdarə edilməsi üzrə Baş Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

  • Defolt riskinin azaldılmasını dəstəkləyən kredit portfelinin idarə edilməsi və yüksək riskli hesabların idarə edilməsi alətlərinin yaradılmasına cavabdehlik;
  • Kredit portfelinin idarə edilməsi üzrə məsləhətlərin verilməsi üçün məlumatın analizi və izah edilməsi;
  • Kredit risklərinin qiymətləndirilməsi üçün lazım olan statistik və analitik kompetensiyaların, alətlərin və texnikaların tətbiq edilməsi;
  • Kredit portfelinin icrasının monitorinqi, risk trendlərinin aşkar olunması və lazımi düzəlişlərin məsləhət verilməsi;
  • Güclü requlyator mühitin (daxili və xarici) formalaşdırılması üçün müşahidənin aparılması və məsləhətlərin verilməsi;
  • Müxtəlif hesabatların və layihələrin tamamlanması vasitəsilə təşkilatın məqsədlərinə çatmasına və həmkarların uğuruna dəstək verilməsi, daha az təcrübəsi olan həmkarların mentorluğu.

Sizdən nə tələb olunur?

  • Təhsil: maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili
  • Təcrübə: kredit, risk və ya müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi
  • Xarici dil: ingilis dili (səlis)
  • Kompüter bilikləri: "Microsoft Office" proqramları.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, 30.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram